Главная > Ümumi > Əfqanıstanda 57 terrorçu zərərsizləşdirilib

Əfqanıstanda 57 terrorçu zərərsizləşdirilib


7-10-2018, 13:47.

            Əfqanıstanda 57 terrorçu zərərsizləşdirilib

 

Son sutka ərzində Əfqanıstanın milli müdafiə, təhlükəsizlik və Hərbi Hava Qüvvələrinin ölkənin müxtəlif vilayətlərində birgə keçirdikləri əməliyyat zamanı onlarla silahlı zərərsizləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Tolo news" telekanalı məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyinə istinadən yayılan xəbərdə bildirilir ki, son 24 saat ərzində milli müdafiə və təhlükəsizlik qüvvələri 13 vilayətdə əməliyyat keçiriblər. Güc strukturları 57 silahlını məhv ediblər, daha 8 silahlı isə yaralanıb.

Əməliyyatın gedişində həmçinin cinayətkarların silahları da məhv edilib.

 


Вернуться назад