Главная > Mədəniyyət > Nə Tramp, nə In: Nobel Sülh mükafatı sahibini tapdı

Nə Tramp, nə In: Nobel Sülh mükafatı sahibini tapdı


5-10-2018, 18:51.

        Nə Tramp, nə In: Nobel Sülh mükafatı sahibini tapdı

 

2018-ci il Nobel Sülh mükafatı "müharibə bölgələrində cinsi zorakılıqların qarşısının alınması sahəsində fəaliyyətə görə” konqolu Denis Mukveqe və kürd mənşəli hüquq müdafiəçisi Nadia Murada verilib.

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Nobel komitəsinin səhifəsində məlumat yerləşdirilib.

Mükafatların təqdimetmə mərasimi 10 dekabr tarixində keçiriləcək. 10 dekabr tarixi Nobel mükafatının banisi, isveçli iş adamı və ixtiraçı Alfred Nobelin ölüm günüdür.

Sülh mükafatına digər namizədlər Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In və hüquq müdafiəçisi Amal Kluninin həyat yoldaşı Corca Kluni idi.

 


Вернуться назад