Главная > Mənəviyyat > Qazaxıstanda azərbaycanlı yanğın zamanı insanları xilas edib

Qazaxıstanda azərbaycanlı yanğın zamanı insanları xilas edib


5-10-2018, 17:40.

             Qazaxıstanda azərbaycanlı yanğın zamanı insanları xilas edib

Qazaxıstanın Aktöbə şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı Tahir Quliyev adlı azərbaycanlı yanğınsöndürənlər gələnədək sakinləri xilas edib.

 

Eurasia Diary Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Tahir özü hadisə barədə danışıb.

O bildirib ki,maşınla yoldan keçdiyi zamanyanğın olduğunu görüb: "Yoldan keçərkən yanğını gördüm vədərhal köməyə gələrək, başqa gənclərlə birlikdə yanan binadan sakinləri bayıra çıxardıq. Tüstüdən zəhərlənənlərə də yardım etdik. Yanğınsöndürənlər gələndən sonra da onlara kömək göstərdik".

Qeyd edək ki, yanğın baş verdiyi binadan cəmi 200 nəfər təxliyyə olunub, 3 sakin isə xilas edilib.

 


Вернуться назад