Главная > Dünya > Londonda Xocalı Sülh mükafatı veriləcək

Londonda Xocalı Sülh mükafatı veriləcək


21-02-2016, 17:53.

Fevralın 24-də "Xocalıya Ədalət” beynəlxalq təbliğat, təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gənc rəssamların Xocalı soyqırımına həsr edilmiş sərgisi keçiriləcək.

 

AzərTac xəbər verir ki, sərgidə Böyük Britaniyadan olan tələbələrin və gənc rəssamların əsərləri təqdim ediləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlar Xocalı Sülh mükafatına layiq görüləcəklər.


Вернуться назад