Главная > Ümumi > Gələn ay Soçidən Bakıya aviareys açılacaq

Gələn ay Soçidən Bakıya aviareys açılacaq


2-10-2018, 19:35.

                   Gələn ay Soçidən Bakıya aviareys açılacaq

Rusiyanın "Ural Hava Yolları" şirkəti noyabrın 3-dən Soçi-Bakı-Soçi marşrutu üzrə aviareyslərin yerinə yetirilməsinə başlayacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşlar hər həftənin şənbə günü, "Airbus A-320" markalı təyyarələrlə həyata keçiriləcək.

Təyyarə Soçidən saat 18:30-da havaya qalxacaq və saat 21:20-də Bakıya çatacaq. Azərbaycan paytaxtındakı geriyə dönüş isə saat 22:20-də baş tutacaq və təyyarə saat 23:15-də Soçiyə çatacaq.

Birtərəfli bilet üzrə minimal tarif 8 154 rubl (təxminən 210-220 manat) təşkil edəcək.

 


Вернуться назад