Главная > Qarabağ > Qarabağ qazisi İlqar Baxşəliyevin yas mərasimi oktyabrın 3-də olacaq - QARAÇUXURDA

Qarabağ qazisi İlqar Baxşəliyevin yas mərasimi oktyabrın 3-də olacaq - QARAÇUXURDA


2-10-2018, 09:17.

         Qarabağ qazisi İlqar Baxşəliyevin yas mərasimi oktyabrın 3-də olacaq -QARAÇUXURDA

Xəbər verdiyimiz kimi, srağagün gecə II qrup Qarabağ qazisi Baxşəliyev İlqar Əjdər oğlu vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qarabağ qazisinin 3-7 yas mərasimi sabah – oktyabrın 3-də, Qaraçuxurda "Orion place”nin yaxınlığındakı binanın həyətində xeyir-şər evində olacaq.


Xatırladaq ki, İ.Baxşəliyev 1974-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olub.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik leytenant Şirin Mirzəyevin yaratdığı batalyonda erməni işğalçılarına qarşı döyüşüb.

Qazançı, Sırxavənd, Canyataq, Gülyataq uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. 1993-cü ilin iyunun 8-də Şahbulaq uğrunda gedən döyüşdə yaralanıb. Hərbi hospitalda müalicə aldıqdan sonra yenidən xidmətə qayıdıb. Bir neçə ay sonra sıravi olsa da zabit çatışmazlığı səbəbindən bölük komandiri vəzifəsinə təyin olunub və bir neçə ay bu vəzifəni icra edib.

1994-cü ildə cəbhədə atəşkəs elan olunandan sonra da bir neçə il xidmət edib.

Ailəli idi, bir övladı yadigar qalıb.

Allah rəhmət eləsin!


Вернуться назад