Главная > Ümumi > Şəhriyar Məmmədyarov dünyanın diqqət mərkəzində olacaq

Şəhriyar Məmmədyarov dünyanın diqqət mərkəzində olacaq


2-10-2018, 10:53.

      Şəhriyar Məmmədyarov dünyanın diqqət mərkəzində olacaq

 

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında millilərimizin VIII turda qarşılaşacaqları rəqiblər müəyyənləşib.

Oxu.Az xəbər verir ki, kişi yığmamız bu tur dünya reytinqində ilk sırada olan ABŞ millisi ilə qarşılaşacaq.

Dünya reytinqində III sırada olan Şəhriyar Məmmədyarovun IIpillədə olan Fabiano Karuana ilə görüşü dünyanın diqqət mərkəzində olacaq.

Fabiano KaruanaŞəhriyar Məmmədyarov(qara)

Uesli SoTeymur Rəcəbov(ağ)

Hikaru NakamuraArkadi Naydiç(qara)

Samuel ŞankləndRauf Məmmədov(ağ)

Qadın millimiz isə meydan sahibi Gürcüstanın ikinci komandası ilə qarşılaşacaq.

Salome MeliyaGünay Məmmədzadə(qara)

İnqa ÇarxalaşviliZeynəb Məmmədyarova(ağ)

Sofio QvetadzeXanım Balacayeva(qara)

Sopiko XuxaşviliGülnar Məmmədova(qara)

Qeyd edək ki, hazırda kişi millimiz 13 xalla ilk sıradadır. Onun rəqibi ABŞ-ın da 13 xalı var. Lakin kişi millimiz əlavə göstəricilərə görə I, ABŞ isə III sıradadır. Qadın yığmamız isə 11 xalla VIII yerdə qərarlaşıb.

 


Вернуться назад