Главная > Səhiyyə > Apendiks artıq dərmanla müalicə olunacaq

Apendiks artıq dərmanla müalicə olunacaq


2-10-2018, 11:02.

               Apendiks artıq dərmanla müalicə olunacaq

 

Finlandiya alimləri tez-tez aparılan apendiks əməliyyatının antibiotik müalicəsi ilə sağala biləcəyini aşkarlayıblar.

Aparılan araşdırmalar göstərib ki, xəstələrin üçdə ikisində antibiotik müalicəsi yaxşı nəticə göstərib və keçən 5 il ərzində apendiks narahatlığı yaşamayıblar. İndiyədək bu xəstəlik ancaq cərrahi yolla aradan götürülüb, lakin yeni texnologiyalar daha dəqiq rentgen aparmağa imkan yaratdığı üçün çarənin yalnız mexaniki üsulda olmadığı məlum olub. Problem əksər xəstələrdə dərmanla müalicə olunacaq səviyyədədir.

Araşdırmanın nəticələri "Journal of the American Medical Association” dərgisində də nəşr olunub və dünya tibb aləmində ciddi addım adlandırılıb.

 


Вернуться назад