Главная > Dünya > Həbsxanadan kütləvi qaçış olub

Həbsxanadan kütləvi qaçış olub


20-02-2016, 20:47.
Həbsxanadan kütləvi qaçış - Ən azı 40 məhbus qaçdı
Afrika dövləti Mavritaniyanın paytaxtı Nuakşot ətrafında yerləşən Dar Naim şəhərinin həbsxanasından ən azı 40 məhbus qaçıb.

Yerli məmurların sözlərinə görə, onların hamısı paytaxtdan kənara çıxıb.

Dustaqlardan 7 nəfərini təcridxanaya geri qaytarmaq mümkün olub.

İlkin məlumatlara görə, qaçış fevralın 20-si səhər saatlarında, mühafizəçilər növbələrini dəyişən zaman baş verib.

Вернуться назад