Главная > Baş Xəbər / Türk Dünyası > Kərkükdə hava limanı açıldı-FOTO

Kərkükdə hava limanı açıldı-FOTO


30-09-2018, 23:58.

                Kərkükdə hava limanı açıldı-FOTO

 

İllər sonra Kərkükdə aeroport açılıb.

Bu barədə musavat.com -a Kərkük Türkmənləri Azərbaycan təmsilçisi Yahya Ali Mehdi məlumat verib. O, müxbirimizə deyib ki, hava limanının açılış törənində nəqliyyat naziri, Kərkük valisi və türkmən siyasətçiləri iştirak ediblər.

Rəsmi olaraq ilk İraq sərnişin təyyarəsi hava limanına eniş edib.

Yahya bəy musavat.com -a deyib ki, hava limanının açılmasını türkmənlər çox istəyirdilər. İndi türkmənlərin Azərbaycandan bir istəyi var: rəsmi Bakı Kərkükdə təmsilçilik - elçilik açsın.

 

Görüntünün olası içeriği: gökyüzü, uçak ve açık hava
Вернуться назад