Главная > Mədəniyyət > Azərbaycan filmi məşhur “Hollivud” kino mərkəzinə gedib çıxdı

Azərbaycan filmi məşhur “Hollivud” kino mərkəzinə gedib çıxdı


30-09-2018, 22:05.

             Azərbaycan filmi məşhur "Hollivud” kino mərkəzinə gedib çıxdı

 

30 sentyabr tarixi ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Hollivud kino mərkəzində keçirilən Qlobal Qeyri-zorakı Film Festivalının son günüdür.

Modern.az xəbər verir ki, sabah - oktyabrın 1-də Münsiflər Heyəti mükafatları festivalda qalib gələn filmlərə təqdim edəcək.


Mükafatın təqdimat videosu Festivalın Vimeo TV kanalına yüklənəcək. Festivalda 11 gün ərzində nümayiş etdirilmiş 32 filmin vidotəqdimatı da sonsuza qədər olan kanalın arxivində qalacaq. Bəzi tammetrajlı filmlərin videosu isə kinorejissorlarla saziş əsasında oktyabrın 2-də günün sonunda kanaldan götürüləcək.

Bu gün - sentyabrın 30-da festivalda sonuncu 3 film də təqdim ediləcək. Onlardan biri Azərbaycanda istehsal edilmiş "Şollerin arxivi” filmi olacaq.

"Şollerin arxivi”nin bugünkü təqdimatı barədə məlumat festivalın saytında da yerləşdirilib.

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Qeyd edək ki, "Şollerin arxivi” bədii filmi son aylar beynəlxalq festivallarda xeyli uğr qazanıb.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.

"Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azər­baycan-Alma­niya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.

 


Вернуться назад