Главная > GÜNDƏM > Qənimət Zahidin qohumlarının məhkəməsi keçirilib

Qənimət Zahidin qohumlarının məhkəməsi keçirilib


20-02-2016, 19:37.

Vəkil Bəhruz Bayramov ittihamların ibtidai istintaqda sübut olunmadığını və Zahidovların tam günahsız olduğunu bildirib

Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Rüfət və Rövşən Zahidovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Rüfət Zahidov hazırda mühacirətdə olan "Azadlıq” qəzetinin baş redaktoru, "Azərbaycan Saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə əmisi oğludur.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-qabaqcadan əlbir olan bir qrup şəxs təəfindən törədildikdə) və 234.4.3 maddələri (külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb. İttihamlar sübut olunsa hər iki şəxsi 5 ildən 12 ilədək həbs gözləyir.

İttiham aktı təqsirləndirlən şəxslərə və  müdafiəçilərə  təqdim edilmədiyindən hazırlıq iclası fevralın 23-ü saat 11-dək təxirə salınıb.

Qənimət Zahid qohumlarının həbsini siyasi sifariş hesab edir. 

Vəkil Bəhruz Bayramov ittihamların ibtidai istintaqda sübut olunmadığını və Zahidovların tam günahsız olduğunu bildirib.


Вернуться назад