Главная > Maraqlı > İnqilab NASEH-"Günəş"

İnqilab NASEH-"Günəş"


31-10-2015, 21:03.
İnqilab NASEH-"Günəş"
 

Bəlkə,Günəş bir gün ikimiz üçün doğar.. Övladlığa götürərik,böyüdərik.. O da böyüyər,bir Günəş olar.. Qalxar səmaya.. Bəlkə də sonra unudar bizi.. Qışda gecələr uzun olur.. Darıxarıq onun üçün.. Təsəllini yenə bir-birimizdə taparıq.. Hər gün bir nəvəmiz olar.. Yanımıza gəlməzlər.. Biz darıxdırıcı olarıq,onlar üçün.. Onlar bir gəncdirlər,biz iki qoca.. Həsrətlə gündüzü gözləyərik hər gecə.. Səhərə qədər səhər doğulacaq yeni nəvəmiz üçün ad fikirləşərik.. Taparıq bir ad.. Biz tapdığımız adı qoymazlar,daha müasir,çağdaş bir ad verərlər.. Bundan da incimərik.. Axı,onlar gəncdirlər,biz iki qoca.. Ayrı dünyalara yollanarlar.. Onlar da orda doğar.. Lakin nəticələrimizi görmərik.. Sonra nəticələrimiz də doğar hər səhər.. Belə-belə artar nəslimiz.. Biz də gündüzlər öz övladımıza baxıb,qürur duyarıq.. Gecələr ad düşünərik,gündüzlər seyr edərik.. Ola bilsin ki,bir gün tab gətirmərəm yuxusuzluğa.. Yuxum gəlməz bəlkə də,amma gözlərim ağrayar.. Bəlkə də övladımıza baxmaqdan olar.. Bilmirəm.. Əgər övladımız məni soruşsa, "nəvələrini görməyə gedib"-deyərsən-"o biri dünyaya!"..
 
 
İnqilab Naseh


Вернуться назад