Главная > Ümumi > İngiltərədə 88 yaşına kimi hakim işləmiş şəxs vəfat edib

İngiltərədə 88 yaşına kimi hakim işləmiş şəxs vəfat edib


28-09-2018, 20:35.

              İngiltərədə 88 yaşına kimi hakim işləmiş şəxs vəfat edib

 

İngiltərəli sabiq futbol hakimi Uilyam Hardi vəfat edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 88 yaşına kimi işləyən referi 92-ci doğum gününə iki gün qalmış - çərşənbə günü dünyasını dəyişib.

Qeyd edək ki, Uilyam Hardi 1959-cı ildən hakimliyə başlayıb və 2015-2016 mövsümündə karyerasını başa vurub. O, 3000-dən artıq oyun idarə edib. U.Hardi 2013-cü ildə futbola xidmətə görə, 2014-cü ildə isə "Britaniya İmperiyası" medalı ilə təltif olunub.

 


Вернуться назад