Главная > Ümumi > Prezident Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident Zakir Qaralovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib


28-09-2018, 16:11.

          Prezident Zakir Qaralovu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib

 

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamında Baş prokuror Zakir Qaralovun da adı var.

"Report" xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Baş prokuror Zakir Qaralov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Qeyd edək ki, sərəncamla həmçinin dörd nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə”, yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 7 nəfər "Tərəqqi”, 24 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

 


Вернуться назад