Главная > Kriminal > Məmməd İbrahimin məhkəməsinə şahid yenə gəlmədi

Məmməd İbrahimin məhkəməsinə şahid yenə gəlmədi


19-02-2016, 20:18.

Memmed I

Fevralın 19-da Nərimanov Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəməsi davam etdirilib.

Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən iclasda vəkil Yalçın İmanov 6 vəsatətlə çıxış edib, lakin onlardan biri təmin olunub.

Hakim zərərçəkmiş Mikayıl Quliyevə başından xəsarət yetirildiyi haqqında rəy vermiş eksperti məhkəməyə dəvət etməyə razılaşıb.

Vəkil bildirib ki, iclasda ittiham tərəfin sonuncu şahidi Anar İsmayılov çıxış edəcəkdi, amma o, bu dəfə də məhkəməyə gəlməyib.

Növbəti prosesi fevralın 29-na təyin edilib.


Вернуться назад