Главная > Baş Xəbər > Rusiya: Müxalif qəzet oxuculardan yardım istəyir

Rusiya: Müxalif qəzet oxuculardan yardım istəyir


3-09-2018, 17:41.

          Rusiya: Müxalif qəzet oxuculardan yardım istəyir

 

Rusiyanın aparıcı müxalif nəşri olan "Novaya qazeta” maliyyə çətinliyi ilə üzləşdiyi üçün 25 illik tarixində ilk dəfə oxuculardan yardım qəbul etməyə qərar verib.

Novator.az-ın məlumatına görə, sentyabrın 3-ü nəşrin saytında bununla bağlı açıqlama yerləşdirilib. Açıqlamada qeyd olunur ki, "Novaya qazeta” qeyri-kommersiya təşkilatı kimi insanlardan yardım toplaya bilər: "25 il ərzində biz bu hüququmuzdan istifadə etməmişik. İndi bu addımı atmaq zərurəti yaranıb. Bu gündən saytımızda yeni bölmə işə düşür və hər bir oxucu qəzetə imkanı daxilində yardım köçürə bilər. Həmin vəsait jurnalistlərin maaşına, ezamiyyə xərclərinə və redaksiya ofisinin icarə haqqına sərf olunacaq. Bu gündən "Novaya qazeta”da hər bir mətn oxucunun iştirakı ilə ərsəyə gələcək”.

1993-cü ildə yaradılmış, jurnalist araşdırmaları ilə tanınan "Novaya qazeta” həftənin bir, üç və beşinci günləri 172,7 min tirajla çıxır.

Redaksiyanın 3 sentyabr açıqlamasında bildirilir ki, indi "Novaya qazeta”nın gəlirləri çap versiyasının satışından, yox vəziyyətində olan reklamdan və xeyriyyəçilərin yardımlarından ibarətdir.

"Novaya qazeta”nın baş redaktoru Sergey Kojeurovdur.

 


Вернуться назад