Главная > İdman > Məşhur erməni futbolçu Bakıya gələcək

Məşhur erməni futbolçu Bakıya gələcək


31-08-2018, 20:10.

             Məşhur erməni futbolçu Bakıya gələcək

 

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq 48 klubun iştirak etdiyi püşkatma mərasimi keçirilib. Komandalar 12 qrupda mübarizə aparacaq.

Modern.az xəbər verir ki, püşkatma nəticəsində "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

E qrupu

"Arsenal" (İngiltərə),
"Sportinq" (Lissabon, Portuqaliya)
"Qarabağ” (Azərbaycan)
"Vorskla" (Poltava, Ukrayna)

Bu arada "Qarabağ”ın rəqiblərindən olan İngiltərənin "Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur.

Böyük ehtimal ki, "Arsenal”ın əsas heyətində yer alan Henrix Mxitaryan Bakıya da gələcək. Yeri gəlmişən, o, həm də Ermənitan milli komandasının da əsas oyunçusudur.

 


Вернуться назад