Главная > Aktual > Neft kəskin bahalaşdı, 35 dolları keçdi

Neft kəskin bahalaşdı, 35 dolları keçdi


19-02-2016, 00:59.

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent” markalı neftin 1 bareli 35,10 dollardan satılıb ki, bu da 24 saat əvvəlki qiymətdən 2,67 dollar çoxdur. Qərbi Texas nefti də gün ərzində 2 dollardan çox bahalaşıb. WTI markalı neftin bir bareli hazırda 31,17 dollardan satılır.

 

Neftin qəfil bahalaşmasına İranın neft naziri Bijan Zanqanenin açıqlamaları səbəb olub. Zanqane bildirib ki, ölkəsi dünya neft bazarında qiymətlərin sabitləşməsinə öz töhfəsini verməyə hazırdır. O, qiymətlərin stabilləşməsinə dair OPEK üzvlərinin səylərinin İran tərəfindən dəstəkləndiyini açıqlayıb. 


Вернуться назад