Главная > Aktual > Efiopiyada hərbi helikopter qəzaya düşüb - 18 ölü

Efiopiyada hərbi helikopter qəzaya düşüb - 18 ölü


30-08-2018, 19:38.

      Efiopiyada hərbi helikopter qəzaya düşüb -18 ölü

Efiopiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

Trend-in məlumatına görə, ölkənin Müdafiə Nazirliyinə məxsus helikopter Şərqi Şevada qəzaya uğrayıb.

Helikopterin bortundakı 18 nəfərin 15-i hərbçi, 3-ü mülki şəxs olub. Qəza nəticəsində bütün heyət həlak olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.

 


 


Вернуться назад