Главная > İdman > "Barselona" 19 yaşlı müdafiəçi aldı

"Barselona" 19 yaşlı müdafiəçi aldı


30-08-2018, 15:24.

                 "Barselona" 19 yaşlı müdafiəçi aldı

"Barselona" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi Uruqvayın"Boston River" klubunda çıxış edən Ronald Arauxonu heyətinə cəlb edib. 19 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

"Barselona" bu transfer üçün Uruqvay klubuna 1.7 milyon avro ödəyib.

Qeyd edək ki, Arauxo Uruqvayın U-19 millisinin kapitanıdır.

 


Вернуться назад