Главная > Baş Xəbər > Rusiya donanmasını Aralıq dənizində ayağa qaldırdı – ABŞ-la DÖYÜŞƏ HAZIRLIQ

Rusiya donanmasını Aralıq dənizində ayağa qaldırdı – ABŞ-la DÖYÜŞƏ HAZIRLIQ


30-08-2018, 16:08.

            Rusiya donanmasını Aralıq dənizində ayağa qaldırdı –ABŞ-la DÖYÜŞƏ HAZIRLIQ

 

ABŞ və Rusiya arasında baş verən Suriya qarşıdurması Aralıq dənizində gərginliyi artırır.Publika.az xəbər verir ki, hər iki ölkə bir-birini "Suriyaya hücuma hazırlaşmaqda” ittiham edir.

Bu ittihamların ardından Rusiya Aralıq dənizində təlimlər keçirməyə qərar verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə 25 döyüş gəmisi və 30 döyüş təyyarəsi iştirak edəcək.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın 24 saat ərzində Suriyaya hücum edə biləcəyini və bunun üçün Aralıq dənizindəki donanmasını Suriya sahillərinə doğru gətirdiyini açıqlayıb.

 


Вернуться назад