Главная > Baş Xəbər > İsraildən İran və Suriyaya təhdid: “Bütün gücümüzlə sizə qarşı savaşacağıq”

İsraildən İran və Suriyaya təhdid: “Bütün gücümüzlə sizə qarşı savaşacağıq”


30-08-2018, 11:58.

İsraildən İran və Suriyaya təhdid: "Bütün gücümüzlə sizə qarşı savaşacağıq”

 

İsrailn kəşfiyyat və rabitə naziri İsrael Kats İran və Suriya arasında əməkdaşlıq haqqında sazişin imzalanmasına az bir müddət qalmış hər iki ölkəni təhdid edib. Nazir Kats Suriyadakı İran ordusuna bağlı hərbi bazaları hədəfə götürəcəklərini söyləyib.

İsrail mətbuatına danışan Kats deyib: "Bu saziş bizim çəkdiyimiz qırmızı cizgini aşmaq anlamına gəlir. İsrail İranın Suriyada yerləşməsinə əsla izn verməyəcək. Israili təhdid edən bütün İran hədəflərinə qarşı var gücümüzü qoyacağıq”.

Kats ayrıca Bəşər Əsədə işarə edərək, İran qüvvələrini müdafiə etməsi halında onun gələcəkdə baş verəcək hadisələrin nəticələrini dərhal hiss edəcəyini söyləyib.

İsrail maliyyə naziri Moşe Kalon isə Tvitter hesabından verdiyi açıqlamada İsraillə ABŞ arasında İrana qarşı sanksiyaların tətbiq olunmasına yönəlik ortaq komanda qurulduğunu elan edib.

Kalon "İrana qarşı sanksiyalaırn daha da gücləndiriməsinin vaxtı yetişib” cümləsini yazıb.

Qeyd edək iki, İranın müdafiə naziri Əmir Hatəmi bir neçə gün bundan qabaq Dəməşqi ziyarət edərək iki ölkə arasında hərbi əməkdaşlıq barədə saziş imzalamışdı.

 

 


Вернуться назад