Главная > Baş Xəbər > “Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar" - Ərdoğan MEYDAN OXUDU

“Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar" - Ərdoğan MEYDAN OXUDU


29-08-2018, 22:59.

           "Onlar bizi hələ tanımadılar, amma tanıyacaqlar"-Ərdoğan MEYDAN OXUDU

"Bizi iqtisadiyyat üzərində sıxmağa çalışırlar. Onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın iqtisadi hücumlarını şərh edərkən deyib.

"İndi bizi iqtisadiyyat üzərindən sıxışdırmağa çalışırlar. Əlbəttə, Türkiyənin iqtisadiyyatda həll edilməli olan struktur problemləri mövcuddur Biz onları onsuz da bilirik və həll etməyə çalışırıq. Ümid edirəm ki, bu dalğanın öhdəsindən gələcəyik.Türkiyənin alternativsiz olmadığını hər kəs görəcək”, - Türkiyə prezidenti bildirib.

O bildirib ki, NATO-da strateji ortaq olan bir ölkənin Türkiyə kimi strateji partnyoru ilə bu şəkildə davranmasını heç bir cümlə ifadə edə bilməz.

"Bizi elə təhdidlərlə, ifadələrlə geri addım atmağa məcbur etmək mümkün deyil. Biz elə bir tarixin övladlarıyıq ki, bizi susdurmaq mümkün deyil. Demək, bu milləti tanımadılar, amma tanıyacaqlar. Biz bir ölürük, min dirilirik. Bu, xarakterimizdir”, - Ərdoğan əlavə edib.

Prezident Türkiyənin çox dəqiq hədəflərə sahib bir ölkə olduğunu vurğulayıb.//publika.az

 


Вернуться назад