Главная > Region > Heyvandarlıqla məşğul olanlara xəbərdarlıq edildi

Heyvandarlıqla məşğul olanlara xəbərdarlıq edildi


29-08-2018, 21:25.

                 Heyvandarlıqla məşğul olanlara xəbərdarlıq edildi

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olanlara xəbərdarlıq edib. Bu barədə virtualaz.org-a xidmətdən məlumat verilib.

Müraciətdə bildirilir ki, son vaxtlar müxtəlif baytarlıq sənayesi və xarici ölkələrin kimya-əczaçılıq müəssisələri tərəfindən külli miqdarda dərman preparatları istehsal edilərək satılır. Dərmanların çeşidi çoxalsa da, istifadə göstərişləri ilə bağlı yalnız içlik vərəqələrində məlumat qeyd olunur. Müxtəlif xəstəliklərə qarşı istifadə olunan dərmanların əksəriyyəti düzgün istifadə edilmədikdə, yaxud tətbiqinə dəqiq əməl olunmadıqda yüksək toksiki təsirləri qeydə alınır, heyvanlar arasında kəskin zəhərlənmə, ölüm halları törədir və nəticədə təsərrüfatlara iqtisadi ziyan dəyir.

Son zamanlar respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən onlara məxsus iribuynuzlu heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi nəticəsində heyvanlar arasında zəhərlənmələr və tələfat hallarına təsadüf edilir. Belə hallar vətəndaşların ərazinin baytar mütəxəssislərinə məlumat vermədən özbaşına baytarlıq apteklərindən akarasid və insektisid dərman maddələrini alaraq həmin dərmanların təlimatına əməl etmədən isti havada kortəbii şəkildə heyvanların çimizdirilməsi nəticəsində baş verir. Nazirlər Kabinetinin qərarı ilə ektoparazitlərə qarşı heyvanların çimizdirilməsində istifadə edilən akarasid və insektsid dərman maddələri reseptsiz buraxılır. Lakin həmin preparatın tətbiqi baytar mütəxəssisinin iştirakı və tövsiyəsi ilə həyata keçirilməlidir.

 

 


Вернуться назад