Главная > Dünya > Misirdə antiterror əməliyyatı: 20 ekstremist zərərsizləşdirildi

Misirdə antiterror əməliyyatı: 20 ekstremist zərərsizləşdirildi


29-08-2018, 21:57.

                   Misirdə antiterror əməliyyatı: 20 ekstremist zərərsizləşdirildi

 

Misirin Silahlı Qüvvələri "Sinay-2018” antiterror əməliyyatı çərçivəsində son günlər 20 ekstremistin məhv edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Misir Hərbi Hava Qüvvələrinə ölkənin qərbində səhra ərazisində terrorçu sığınacağının olması barədə operativ məlumat daxil olduqdan müvafiq yerə zərbələr endirildiyi bildirilir. Bundan sonra hərbçilər onların axtarışı və zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Nəticədə ölkədə təhlükəsizliyi və sabitliyi pozmağa yönəlmiş terror aktları törətməyi planlaşdıran 7 xüsusi təhlükəli ekstremist məhv edilib. Hərbçilər ərazidə silah-sursat, rabitə vasitələri və "intiharçı kəməri” aşkar ediblər. Bundan başqa, ölkənin qərb sərhədlərində terrorçuların istifadə etdikləri 38 avtomobil də məhv edilib. Sərhədçilər pilotsuz təyyarəni endirib və sərhədi qanunsuz keçməyə cəhd edən 2 min nəfəri saxlayıblar.

Bəyanatda daha sonra qeyd olunur ki, Sinay yarımadasının şimal hissəsində aparılan ikinci xüsusi əməliyyat nəticəsində 13 terrorçu məhv edilib, 18 cinayətkar saxlanılıb, həmçinin silahlılara məxsus 18 sığınacaq, 10 avtomobil sıradan çıxarılıb və 41 partlayıcı qurğu zərərsizləşdirilib.

 


Вернуться назад