Главная > Cəmiyyət > “Mənə sponsor tapılmır, şahmatdan da bezmişəm” - “Şah”dan mat qoyacaq açıqlamalar

“Mənə sponsor tapılmır, şahmatdan da bezmişəm” - “Şah”dan mat qoyacaq açıqlamalar


27-08-2018, 17:38.

     "Mənə sponsor tapılmır, şahmatdan da bezmişəm” -"Şah”dan mat qoyacaq açıqlamalar

 

Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra ilginc açıqlamalar verib.

 

BakuPost xəbər verir ki, şahmatçı dünənki oyunun çətin olduğunu deyib və səbəbini də açıqlayıb. O, üstünlüyü əldən verməsinin səbəbi kimi ard-arda yarışlara çıxmasını göstərib: "Karlsenlə 5 saatdan çox oynadım və açığı, çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi, sonra bir az pis vəziyyət aldım. Rəqib 5 saat udmağa çalışdı. Buradan bir nəticəyə gəldim ki, bir daha 40-45 günlük turnirlərə qatılmayacağam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır”.

 

Qrossmeyester sponsorsuzluqdan şikayətlənib: "Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım deyim ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gedirəm. Buradakı insanların sponsor var. Amma sabah oyun var, gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır.

 

Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə 1 sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam, onda isə bu söhbətlər mənasız olacaq”.

 


Вернуться назад