Главная > Ümumi > "Qəbələ” – “Kəpəz” oyunu yarımçıq dayandırıldı - SƏBƏB

"Qəbələ” – “Kəpəz” oyunu yarımçıq dayandırıldı - SƏBƏB


31-10-2015, 19:21.

Topaz Premyer Liqasının XI turunun "Qəbələ” - "Kəpəz” oyunu yarımçıq dayandırılıb.

 

Uluyol.info "Publika.az "a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda güclü duman bürüdüyündən hakimlər matçı dayandırmaq məcburiyyətində qalıb.

 

Görüşün baş hakimi Rəhim Həsənovun və AFFA nümayəndələrinin ortaq qərarına əsasən, qarşılaşma sabah saat 20:00-da qaldığı yerdən - 30-cu dəqiqədən davam etdiriləcək.


Вернуться назад