Главная > Baş Xəbər > Afrika sahillərində yoxa çıxan tanker tapılıb

Afrika sahillərində yoxa çıxan tanker tapılıb


24-08-2018, 22:28.

                 Afrika sahillərində yoxa çıxan tanker tapılıb

 

Avqustun 14-də Afrikanın qərb sahillərində yoxa çıxan və göyərtəsində 17 Gürcüstan vətəndaşının olduğu neft tankerinin yeri müəyyənləşib.

Trend-in məlumatına görə, gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.

Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.

Məlumata görə, hazırda dənizçilərin sağlamlığı və həyatı təhlükə altında deyil, vəziyyətləri qənaətbəxşdir. Axtarış-xilasetmə işləri sahilyanı ölkələrlə əlaqəli şəkildə aparılır.

Gürcüstan Xarici İşlər Nazirliyi dənizçilərin axtarışı və xilas edilməsi missiyası tam başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcəyini bildirib.

 


Вернуться назад