Главная > Ölkə > Güney Azərbaycanda məktəbli qızın BAYRAQ SEVGİSİ - Foto

Güney Azərbaycanda məktəbli qızın BAYRAQ SEVGİSİ - Foto


18-02-2016, 22:58.

Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatının güclənməsi, əhalinin türk kimliyi və mədəniyyətinə qayıdışı ilə müşayiət olunur. Bu prosesi insanların ictimai və fərdi həyatında hiss etmək mümkündür.

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Xoy şəhərində Fatimə adlı ibtidai məktəb şagirdi Dünya Ana Dili Günü ərəfəsində ana dilinə olan sevgisinə özünə məxsus şəkildə nümayiş etdirib. O türklərin tarixi simvolu olan Bozqurdu və Azərbaycan bayrağını çəkdiyi rəsm əsərində xüsusi məharətlə əks etdirib. İran həqiqətləri ilə tanış olan şəxslər üçün, ibtidai şagirdlərinin bu kimi kiçik yaradıcılıqları böyük dəyişikliklərdən xəbər verir.

Məlumata görə, son zamanlar şagirdlər inşa mövzuları və əl işlərində Azərbaycanın milli simvolları və demokratik hüquqlar mövzularına müraciət edir.

 

TURKUSTAN.info


Вернуться назад