Главная > İqtisadiyyat > Neftin son qiyməti
Neftin son qiyməti22-08-2018, 13:44. |
Neftin son qiymətiCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin avqustun 20-də 73,43 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,02 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 20-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətə bərabərdir. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 20-də 69,47 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 20-də 70,83 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.
Вернуться назад |