Главная > Mədəniyyət > Maykl Ceksonun albom satışı rekordu qırıldı

Maykl Ceksonun albom satışı rekordu qırıldı


21-08-2018, 11:09.

              Maykl Ceksonun albom satışı rekordu qırıldı

 

"İqls” ("Eagles”) qrupunun "Onların böyük hitləri 1971-1975” ("Their Greatest Hits 1971-1975”) albomu dünya tarixində ən çox satılan albom olub.

Kult.az xəbər verir ki, bu barədə ABŞ-ın Səsyazan Kompaniyalar Assosiasiyası informasiya yayıb.

Məlumata görə, qrupun 1976-cı ildə işıq üzü görən bu albomu 38 milyon nüsxə satılıb. Qrupun "Otel Kaliforniya” albomu da reytinqdə yer tuta bilib. Albom 26 milyon nüsxə satılmaqla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, indiyə qədər reytinqin ilk pilləsini 33 milyon nüsxə satışla Maykl Ceksonun "Triller” albomu tutmuşdu.

 


Вернуться назад