Главная > Mənəviyyat > Neftçala icra başçısına rüşvət ittihamı – ŞİKAYƏT/VİDEO

Neftçala icra başçısına rüşvət ittihamı – ŞİKAYƏT/VİDEO


18-02-2016, 20:26.

1455792949273

Nia.az-a müraciət edən Neftçala sakini Mehriban Kərimova icra başçısının özbaşınalığından şikayət edir.
Neftçala rayon sakini Kərimova Mehriban Şıralı qızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyir.Haqsızlıqla üzləşən Neftçala rayon sakini redaksiyamıza müraciət edərək icra başçısı İsmayıl Vəliyevin onların qaraj yerini qanunsuz olaraq sökdürdüyünü bildirdi.Şikayətçinin sözlərinə görə, icra başçısı İsmayıl Vəliyevin qəbulunda olarkən Mehriban Kərimova İsmayıl Vəliyevə verdiyi sual:
- Mənim yerimi məndən xəbərsiz və qeyri qanuni niyə sökmüsünüz, gedib Kəmaləddin Heydərova şikayət edəcəm.- dedikdə
İcra başçısının ilginc cavabı olub
İsmayıl Vəliyev:
- İstəyirsən get Obamaya şikayət elə, mənə heç kim heç nə edə bilməz.
Qeyd etmək istəyirəm ki, mən bu qarajın tikiləməsi üçün sərəncam almağa 2500 manat pul vermişəm.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!

Nia.az


Вернуться назад