Главная > Səhiyyə > Saç tökülməsinin qarşısını alan qidalar

Saç tökülməsinin qarşısını alan qidalar


17-08-2018, 21:22.

 

                  Saç tökülməsinin qarşısını alan qidalar

 


Gündəlik 50-200 arası saç telinizin tökülməsi normaldır. Ancaq bundan çox tökülmə səhhətinizdə problem olduğunu göstərir. Saç tökülməsinin qarşısını alan bir çox şampunlar, kosmetik vasitələr var. Bəs bunlar yetərlidirmi?

 

Uluyol.az axşam.az-a istinadən məlumat verir ki, saçların sağlamlığı üçün düzgün qidalanma vacibdir.

 

Özəlliklə protein və dəmirlə zəngin olan ərzaqlar sağlam saçlara sahib olmağınıza kömək edir. Saçlarınızın sağlam olması üçün lazım olan ərzaqların siyahısını təqdim edirik:

 

Qırmızı ət

 

Dəmirlə zəngin olduğu üçün sağlam saçlara sahib olmaq istəyirsinizsə, həftədə müəyyən qədər qırmızı ət istifadə edin.

 

Süd və süd məhsulları

 

Tərkibində B1, B2, B12 və D vitaminləri var. Bu məhsullar saç problemi ilə yanaşı başqa bir neçə xəstəliyin də qarşısını alır.

 

Dəniz məhsulları

 

A vitamini ilə zəngin olan dəniz məhsulları saçlarınızın qorunmasında yüksək rola malikdir.

 

Meyvə və tərəvəzlər

 

Sağlam bədənə, saçlara sahib olmaq üçün gün ərzində yaşıl tərəvəzlər və meyvələrdən istifadə edin.

 

Çərəzlər

 

Çərəzlərin tərkibində kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. vitaminlərlə yanaşı çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.

 

 


Вернуться назад