Главная > Kriminal > Azərbaycanlı killer həbsdən çıxan kimi güllələndi

Azərbaycanlı killer həbsdən çıxan kimi güllələndi


17-02-2016, 22:16.

killer olduruldu

13 ildən sonra həbsxanadan çıxan Azərbaycan vətəndaşı Yusif Gəbəyev Sankt-Peterburq yaxınlığında güllələnib.

Bu barədə AzVision.az "LifeNews”-a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, azərbaycanlı fevralın 12-də Podvoysk küçəsində "Renault Duster” markalı avtomobildən açılan atəş zamanı hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərindən cəzaçəkmə müəssisəsindən azad olmaq haqqında arayış aşkarlayıb.

Müstəntiqlər iddia edir ki, qətl intiqam zəminində baş verib.

"LifeNews” vurğulayır ki, Gəbəyev 2003-cü ildə Moskvada topdansatış məntəqəsinə nəzarət edən Şamil Məmmədovu qətlə yetirdiyi üçün həbs olunmuşdu.


Вернуться назад