Главная > Hadisə > Salyanda yol qəzası baş verib: ölən və yaralanan var

Salyanda yol qəzası baş verib: ölən və yaralanan var


8-08-2018, 11:42.

                 Salyanda yol qəzası baş verib:ölən və yaralanan var

 

Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan "Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. "Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад