Главная > Ümumi > Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları aparan tanker yanıb

Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları aparan tanker yanıb


5-08-2018, 10:05.

             Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları aparan tanker yanıb

 

Tokionun qonşuluğunda yerləşən Tiba prefekturası sahillərində tanker yanıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi NHK telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın gəminin mühərrik hissəsində baş verib. Alovun söndürülməsi üçün hadisə yerinə 4 kater və bir vertolyot göndərilib. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Baham adalarının bayrağı altında üzən "Front Hakata" tankeri Səudiyyə Ərəbistanından Yaponiyaya neft məhsulları daşıyıb. Onun göyərtəsində Hindistan vətəndaşlarından ibarət 25 heyət üzvü olub.

 


Вернуться назад