Главная > Ümumi > Rada hökuməti istefaya göndərə bilmədi

Rada hökuməti istefaya göndərə bilmədi


17-02-2016, 01:20.

Ukraynanın Ali Radası baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib. APA-nın "112 Ukrayna”-ya istinadən verdiyi xəbərə görə, qərarın qəbul olunması üçün 226 səs lazım olduğu halda, 194 deputat dəstəkləyib.     

 

Məlumata görə,  hökumətin istefaya göndərilməsinə dair məsələ yalnız Radanın növbəti sessiyasında təkrar gündəmə çıxarıla bilər.   

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bundan əvvəl baş nazir Arseni Yatsenyuku və baş prokuror Viktor Şokini  istefaya çağırıb.    


Вернуться назад