Главная > Dünya > Saakaşvili maaşının artırılması barədə qərarı ləğv etdi

Saakaşvili maaşının artırılması barədə qərarı ləğv etdi


17-02-2016, 00:53.

saakashvili-yeni1

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili maaşının artırılmasına etiraz edib.

Gürcüstanın sabiq prezidenti bu barədə Facebook sosial şəbəkəsində yazıb: "Bu gün (dünən-red.) əmək haqqımın artırılması barədə məlumat aldım. Bu məni çox təəccübləndirdi. Hesab edirəm ki, Ukraynada məmurlar gördükləri işə görə layiqli əmək haqqı almalıdırlar, lakin nə mən, nə də ki mənim komandam burada pul üçün işləmirik. Bizim burada olmağımızın əsas səbəbi bu ölkənin gələcəyini daha parlaq etməkdir.

Bu qərar mənim xəbərim olmadan qəbul olunub, mən heç vaxt adi işçilərin özlərinə bir qarın çörək almağa imkanları olmadığı ölkədə, öz əmək haqqımı qaldırmağa icazə verməzdim. Mən bu qərarı ləğv edirəm və günahkarlar mütləq cəzalandırılacaqlar”. (Virtualaz.org)


Вернуться назад