Главная > Ümumi > Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanıb

Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanıb


2-08-2018, 09:48.

              Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanıb

 

Parisin rəmzi olan Eyfel qülləsi turistlərin üzünə qapanıb.

Oxu.Az "France Presse” agentliyinə istinadla xəbər verir ki, buna səbəb qüllənin xidməti personalının tətil etməsidir.

Bu barədə məlumat Eyfel qülləsinin rəsmi saytında yerləşdirilib.

"Şəxsi heyətin tətil etməsi səbəbi ilə Eyfel qülləsi saat 16:00-dan bağlanıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, hər il Eyfel qülləsini 6 milyondan artıq turist ziyarət edir.

 


Вернуться назад