Главная > Mənəviyyat > Qurani-Kərimdə ciddi tərcümə səhvləri var.

Qurani-Kərimdə ciddi tərcümə səhvləri var.


17-02-2016, 00:46.
Mahir Şəkərov
Qurani –Kərim insanların hidayəti üçün Allah tərəfindən göndərilən müqəddəs bir kitabdır. Amma hədəfə aparan amillər səhv olduqda, insan hədəfə çata bilməz. Qurani Kərimin Azərbaycan dilinə olunan tərcümələrində ciddi tərcümə səhvləri mövcuddur. Z. Bünyadov və Vasim Məmmədəliyevin zəhmətlərini itirmək və bunu görməməzlikdən gəlmək insafsızlıq olardı. O çətin zamanlarda Quranı tərcümə edərək insanların xidmətində qoymuşlar və bu günə qədər də bu tərcümələrdən istifadə olunur.

Başqa tərcümələr olsa da orada da bu cür səhvləri görmək olur. Vasim Məmmədəliyevin özünün də dediyinə görə artıq bu tərcümələrə yenidən baxılmalı və Quran yenidən daha diqqətlə tərcümə olunmalıdır və səhvlər minimum həddə çatmalıdır. Quranı tərcümə edərkən, hərfi tərcümədən çəkinməli, məna baxımından tərcüməyə üstünlük verməliyik. Çünki heç bir tərcümə zamanı, tərcümə bütünlüklə hərfi olmur və ola da bilməz.Tərcümə sahəsində ölkəmizdə də çoxlu gənc mütəxəsislər var.
 
Odur ki, bu sahədə olan mütəxəsisslər bu işə can yandırmalı və bu çətin və məsuliyyətli işi Allahın izni ilə, ən gözəl şəkildə yenidən insanların xidmətində qoymalıdırlar. Bir məsələ də bundan ibarətdir ki, hər dilçi alim Quranı tərcümə edə bilməz. Vacibdir ki, o dini sahədə də məlumata malik olsun. Əgər belə olmasa nəticə yenə də eyni olar. Çünki, qeyd etdiyimiz kimi, bu tərcümələrin bir qismi əqidəyə qayıdır. Hazırkı tərcümələrimizdə də bu cür xətalar var.
 
Allah və peyğəmbər (s) haqda olan ayələrdə Allah və Rəsulundan uzaq olan sifətlər onlara nisbət verilib ki, bu da nəticədə çox səhv bir işdir. İnşallah ümid edirik ki, tezliklə Quranın dilimizə olan tərcüməsi yenidən səhv və xətalardan arındırılaraq insanların xidmətində qoyulacaq.


İlahiyyatçı-yazar Mahir ŞƏKƏROV
ULUYOL.İNFO

Вернуться назад