Главная > Müsahibə > Qurban Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdi
Qurban Qurbanov "Qarabağ"ın qələbəsini şərh etdi1-08-2018, 23:55. |
Azarkeşlərə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər. Çox vacib qələbə qazandıq. Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kukesi"yə (3-0) qalib gəldikləri oyun barədə danışarkən CBC Sport-a bildirib. Qurban Qurbanov ilk qola qədər futbolçularda həyəcan olduğunu, ancaq ilk qoldan sonra daha rahat oynamağa başladıqlarını vurğulayıb: "Necə hazırlaşmışdıqsa, maksimum şəkildə tapşırıqları yerinə yetirdilər". Yeni hücumçulardan da danışan Q.Qurbanov oyunçuların tam formada olmadığını, ancaq "Qarabağ"a gələndən işlərinə peşəkarcasına yanaşdıqlarını qeyd edib.
Вернуться назад |