Главная > Region > Sabirabadda müxalifətçi həbs olundu

Sabirabadda müxalifətçi həbs olundu


17-02-2016, 00:38.

AXCP Sabirabad rayon şöbəsinin üzvü Rail Rustamov bu gün həbs olunub.

 

AXCP Sabirabad rayon şöbəsinin Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmli bu gün həbs olunaraq Sabirabad rayon polis idarəsinə aparılıb. Bir qədər əvvəl Rail Rüstəmova Sabirabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada  20 sutka həbs cəzası verilib. Oğlunun niyə həbs olunması və harada saxlanması barədə Sahib Rüstəmliyə məlumat verilmir.

Sahib Rüstəmlinin verdiyi məlumata görə, onun özünü də bu gün Sabirabad Rayon Polis İdarəsinə çağırıb hədə-qorxu gəliblər, facebook fəaliyyətinə son verməyi, fəal olmamağı tələb ediblər. Bu gün eyni zamanda, həm Sahib Rüstəmlinin, həm də həbs edilən oğlu Rail Rüstəmovun avtomobilləri əllərindən alınaraq cərimə meydançasına aparılıb.



Вернуться назад