Главная > Hadisə > Zaqatalada 23 yaşlı qız intihara cəhd edib
Zaqatalada 23 yaşlı qız intihara cəhd edib1-08-2018, 11:35. |
Zaqatala rayonunda intihara cəhd olub.
MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 23 yaşlı Gülarə Buğluyevanın özünə qəsd etmək məqsədi ilə müxtəlif adda bir neçə dərman həbi qəbul etdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Gülarə Buğluyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад |