Главная > Mövqe > Qurban Qurbanov: “ Matçın taleyini bir qol belə həll edə bilər”

Qurban Qurbanov: “ Matçın taleyini bir qol belə həll edə bilər”


31-07-2018, 21:36.

             Qurban Qurbanov: " Matçın taleyini bir qol belə həll edə bilər”

 

Çox vacib oyuna çıxdığımızı yaxşı başa düşürük. Matçın taleyini bir qol belə həll edə bilər. Sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Oxu.Az-ın verdiyi xəbərə görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi "Kukesi” ilə cavab oyunundan öncə deyib.

O qeyd edib ki, cavab görüşündə "Qarabağ” bəzi dəyişikliklərə hazır olmalıdır və ehtiyatı əldən verməməlidir.

"Futbolçularımız təcrübəlidir. Rəqibin yaxşı və pis açıqlaması bizə mane olmamalıdır. Onların dediklərini lazım olsa, biz müzakirə edib fikir bildirməliyik”.

Q.Qurbanov həmçinin komandasının az qol vurmasından da narahatlığını ifadə edib:

"Qol vurmaq üçün addımlar atırıq. Amma belə görüşlərdə qol az olur”.

Xatırladaq ki, "Qarabağ” – "Kukesi” oyunu sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 


Вернуться назад