Главная > İdman > Remzini ver, Dembeleni al

Remzini ver, Dembeleni al


31-07-2018, 22:37.

                   Remzini ver, Dembeleni al

 

"Barselona"nın futboolçusu Usman Dembele "Arsenal"a keçə bilər.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, fransız yarımmüdafiəçinin transferi yay transfer pəncərəsi bağlanana qədər reallaşacağı gözlənilir. Kataloniya klubu Dembelenin əvəzinə "Arsenal"dan Aron Remzini istəyir.

Komandanın yeni baş məşqçisi Unai Emerinin Dembeleni ötən mövsüm "Arsenal"ın ən yaxşı futbolçusu seçilən uelsli yarımmüdafiəçi ilə dəyişməyə razıdır.

Qeyd edək ki, 21 yaşlı futbolçu Fransa millisinin heyətində dünya çempionu olub. Ötən mövsüm "Barselona"ya keçən Dembele zədə səbəbindən cəmi 20 oyunda iştirak edib və 3 qol vurub. Remzi isə ötən mövsüm Premyer Liqada 24 oyuna 7 qol vurub.

 


Вернуться назад