Главная > Cəmiyyət > Jurnalist Aqil Ələsgər oğurlandı-TƏCİLİ
Jurnalist Aqil Ələsgər oğurlandı-TƏCİLİ31-07-2018, 23:57. |
Jurnalist Aqil Ələsgər oğurlandı-TƏCİLİ"Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu naməlum şəxslər tərəfindən qaçırılıb. Yenicag.az-ın məlumatına
görə, iyulun 30-u, axşam saatlarından etibarən, "Yeni Çağ” Media Qrupunun rəhbəri
Aqil Ələsgərdən heç bir xəbər yoxdur. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb. Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən
sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq.
Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik. Aqil Fərəcovun xanımı olaraq həyat yoldaşımın tapılması üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən də daxili işlər naziri general-polkovnik Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə, Respublikanın Baş Prokuroru Zakir Qaralov və bütün aidiyyatı qurumlardan kimi müvafiq tədbirlərin görülməsini xahiş edirəm”.
Вернуться назад |