Главная > Ölkə > Bakıda bəzi yollarda təmir və rənglənmə işləri aparılır

Bakıda bəzi yollarda təmir və rənglənmə işləri aparılır


31-07-2018, 13:44.

              Bakıda bəzi yollarda təmir və rənglənmə işləri aparılır

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlika sədlərinin təmiri işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədi ilə Salyan şossesindən Lökbatan istiqamətində və Bakı şəhəri, Bayraq meydanından Lökbatan dairəsi istiqamətində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 



Вернуться назад