Главная > Dünya > ABŞ-da oteldə yanğın olub, ölənlər və xəsarət alanlar var

ABŞ-da oteldə yanğın olub, ölənlər və xəsarət alanlar var


29-07-2018, 10:57.

             ABŞ-da oteldə yanğın olub, ölənlər və xəsarət alanlar var

 

ABŞ-ın Miçiqan ştatının cənub-qərbində yerləşən oteldə yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "ABC 13 News" bildirib.

Hadisə zamanı yerli sakin, 36 yaşlı Kiarre Semuel və onun 5 övladı ölüblər. Onlar qəza zamanı bir nömrədə olublar. Yanğın zamanı yalnız Kiarrenin həyat yoldaşı və 1 övladı sağ qalıb.

Hadisə zamanı daha 8 nəfər tüstüdən zəhərlənib. Onlara tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbi araşdırılır.

 


Вернуться назад