Главная > Siyasət > Ərdoğan ABŞ-a Türkiyə kimi yaxın müttəfiqini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edib

Ərdoğan ABŞ-a Türkiyə kimi yaxın müttəfiqini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edib


29-07-2018, 10:49.

       Ərdoğan ABŞ-a Türkiyə kimi yaxın müttəfiqini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın sanksiyalarla bağlı təhdidlərinə baxmayaraq, rəsmi Ankara amerikalı rahib Endryu Bransonla bağlı mövqeyini dəyişməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" qəzeti məlumat yayıb.

"Məncə bu, psixoloji müharibədir. Biz sanksiyalar qarşısında geri çəkilməyəcəyik. Branson məsələsində sövdələşməmişik", - deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, ABŞ Türkiyə kimi yaxın müttəfiqini itirə biləcəyini unutmamalıdır.

Qeyd edək ki, amerikalı rahib FETÖ ilə əməkdaşlıqda, həmçinin PKK terror təşkilatına dəstək verməkdə ittiham olunaraq 2016-cı ilin oktyabrında həbs edilib.

 


Вернуться назад